“Açıq dərs”də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin müzakirələri davam edir
Mayın 27-də ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və İctimai Televiziyanın dəstəyilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində növbəti aktual mövzusu müzakirəyə çıxarılmışdır.
Studiyanın ekspertləri “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru İradə Yaqubova, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, yazıçı,“Sehrli Dünya” jurnalının baş redaktoru Gulzar Ibrahimova və sevimli şairimiz Vahid Əziz orta ümumtəhsil məktəblərinin müəllim, kitabxana müdirləri və şagirdləri ilə birgə “Kitab dostumuzdur, yoxsa…? Mütaliəyə bugünkü münasibət” mövzusu ətrafında fikir mübadiləsi aparmışlar. FOTOQALEREYA Davamı

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk demokratik respublika yaradılmışdı. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb.Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu”. APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqində deyib.
İlk Avropa oyunları ərəfəsində Gəncədə altı min nəfərin iştirakı ilə fləşmob keçirilmişdir. haqqin.az. saytının məlumatına görə,Heydər Əliyev meydanına toplaşan gənclər Avropa oyunları simvollarını əks etdirən fləşmob təşkil ediblər.
Mayın 25-də Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkar, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovun “Sərçənin sərgüzəştləri” adlı yeni uşaq operasının premyerası keçirildi. Bakı şəhəri 3 saylı Uşaq İncəsənət Məktəbinin uşaq xoru, rəqs qrupu və solistlərinin ifasında təqdim olunan tamaşa 28 may – Respublika Günü və 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşdur.
Mayın 27-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Kitab dostumuzdur, yoxsa…? Mütaliəyə bugünkü münasibət” mövzusu “Açıq dərs” verilişinin müzakirə predmeti olacaq. Ekspertlər “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoruLətifə Məmmədova, yazıçı,“Sehrli Dünya” jurnalının baş redaktoru Gulzar Ibrahimova və şair Vahid Əziz studiyanın qonaqları ilə birgə maraqlı müzakirələr aparacaqlar.
