Bölmə: Ana səhifə

Mikayıl Müşfiqin qalıqlarının bütün genetik müayinələri Azərbaycanda aparılacaq

Şair Mikayıl Müşfiqin qalıqlarının genetik müayinələrinin hamısı Azərbaycanda həyata keçiriləcək. Bunu özəl olaraq Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin (MTEPAB) direktoru Ədalət Həsənov deyib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları bu işlə məşğul olmağa başlayandan sonra müəyyən sənədləri və iş materiallarını toplayacaqlar: Davamı

2.11.2018

Azərbaycanda uşaqların internetdən istifadəsinə nəzarət edən YENİ PROQRAM yaradılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı (kidsafe) yaradılıb.Komitədən Trend-ə verilən məlumata görə, proqram Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən hazırlanıb. Davamı

1.11.2018

Peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusu veriləcək

Yeni qəbul edilən “Peşə təhsili haqqında” qanunda peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfransda çıxış edərkən deyib. Davamı

31.10.2018