Bölmə: Ana səhifə

Gələn il kişilərin və qadınların pensiya yaşı artacaq

Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq. Modern.az-ın məlumatına görə, 1 iyul 2018 – 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşı  64, qadınların isə 61 olacaq. 1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində isə kişilərin pensiya yaşı  64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq. Davamı →

13.12.2018

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar bu yollarda hərəkət məhdudlaşdırılacaq

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 8:00-dan tədbir tam başa çatanadək, Parlament prospektində Fəxri xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Bu barədə Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Davamı →

11.12.2018

Bakıda bayram yarmarkalarına start verildi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar – Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, bu il də bayram yarmarkaları ilə bağlı BŞİH və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən dislokasiya təsdiq olunub. Davamı →

11.12.2018