Bu gün Mehriban Əliyevanın ad günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ad günüdür. O, həm Azərbaycanda, həm də ölkədən kənarda böyük nüfuza malikdir.

Mehriban Əliyevanın çoxşahəli fəaliyyətinə irimiqyaslı sosial layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan reallıqlarının dünyada təbliği, Azərbaycan mədəniyyətinin inkişafı üzrə tədbirlər, ölkə daxilində və xaricində çoxsaylı humanitar aksiyalar və bir çox digər məsələlər daxildir.

Mehriban Əliyeva Azərbaycana qarşı erməni təcavüzü ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinə böyük töhfə verir. Burada Heydər Əliyev Fondunun miqyasına görə misilsiz “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünya ictimaiyyətinin erməni işğalçılarının azərbaycanlı dinc sakinlərə qarşı dəhşətli cinayəti barədə məlumatlandırılmasına yönəlmiş və bir çox ölkələrdə keçirilən aksiyalar, sərgilər və digər tədbirləri xüsusilə qeyd etmək lazımdır. O, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, eyni zamanda iki ən iri beynəlxalq humanitar təşkilatın – YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir. Məhz Mehriban Əliyevanın səyləri sayəsində YUNESKO-nun dünya irsi siyahısı Azərbaycan mədəniyyətinin şedevrləri ilə zənginləşdirilib.

“ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin kollektivi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edir, onun dövlətçiliyin möhkəmləndiriliməsi və ölkənin tərəqqisi naminə apardığı çoxşahəli fəaliyyətində uğurlar arzulayır.

26.08.2018