Bakıda uşaq kimsəsiz heyvanlar üçün ev qurub

Qış ayları, xüsusən də soyuq havalarda, isti yuvası olmayan küçə pişikləri və itləri donmamaq üçün hər gecə özlərinə sığınacaq axtarırlar. Bu cür kimsəsiz heyvanları binaların girişindən qovanlar çox olsa da, onları düşünənlər, qayğı göstərənlər də az deyildir. Və zaman zaman biz bu cür qayğı və diqqətin şahidi oluruq.

Məsələn, bu gün 1news.az xəbər portalının redaksiyasına Bakının 4-cü mikrorayonunda çəkilmiş fotoşəkil göndəriblər. Həmin fotoşəkildə qutulardan quraşdırılan evin üzərində “Evsiz itlər və pişiklər üçün ev. Ozünüzə göstərdiyiniz qayğını onlara da göstərin!”

Bu ev hər birimizi küçələrdə dolaşan heyvanları düşünməyə və imkan daxilində onlara qayğı göstərməyə çağıran bir uşaq tərəfindən quraşdırılmışdır. Əgər hər bir valideyn övladını bu cür tərbiyə edərsə, dünyamız daha da gözəlləşər. Odur ki, gəlin xeyirhaq işlər görək.

24.01.2019