ELS layihəsini Bərdə və Ağdamda davam etdirib

2017.05.26ELS-Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” adlı layihəsinin növbəti mərhələsini Bərdə rayonunda həyata keçirib. Mərkəzdən verilən məlumata görə, layihə çərçivəsində Bərdə rayonu İcra Hakimiyyəti, Bərdə Peşə Liseyi və Qorxmaz Eyvazov adına Laçın Peşə Məktəbi müəllim kollektivləri, peşə məktəblərinin məzunları ilə görüşlər keçirilib, onların fəaliyyətləri bağlı video və foto çəkilişlər aparılıb. Əlavə olaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyət göstərən “Azərixalça” İstehsalat Birliyində təkil olunmuş xalçaçılıq kursunda peşə məktəblərinin məzunlarının işi ilə tanış olaraq video və foto çəkilişlər həyata keçirilib. Həmçinin görüşlər zamanı peşə təhsilinə marağın artırılması, regionda peşə məktəbi-orta məktəb əlaqələrinin təkmilləşdirilməsi, peşə təhsilinə şagirdlərin cəlb edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. FOTOQALEREYA

Qeyd edək ki, AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin növbəti mərhələsində Salyan, Cəlilabad və Bərdə rayonlarında aparılmış monitorinq və araşdırmaların nəticələrinin yerli icra hakimiyyəti, icma üzvləri, ilk peşə təhsili lisey və məktəbləri, orta təhsil məktəbləri, valideynlər və şagirdlərlə birgə dəyirmi masalarda müzakirələrin aparılması planlaşdırılır.

 

Bərdə Peşə Liseyindən görüntülər

Qorxmaz Eyvazov adına Laçın Peşə Məktəbindən görüntülər

« of 2 »

Ağdam rayonu “Azərixalça” İstehsalat Birliyindən görüntülər

27.05.2017