“Azərbaycanda ekologiya elmləri sahəsində 2011-ci ilin adamı”

DSC07881452“Ekoloji İnnovasiya Mərkəzi”nin rəhbəri, ekologiya üzrə texniki elmlər doktoru, professor Abdulla Abdullazadə Amerika Bioqrafiya İnstitutunun (American Biographical Institute) “Azərbaycanda ekologiya elmləri sahəsində 2011-ci ilin adamı” adına layiq görülüb. Əsasən suyun keyfiyyətinə dair elmi əsər, məqalə, monoqrafiya və ixtiraları ilə tanınan A.Abdullazadə 2 il əvvəl də (2009-cu il) ABİ-nin diplomu ilə təltif edilmişdir.

Qeyd edək ki, Abdulla Abdullazadə “Azərbaycan Respublikasının tibbi-ekoloji atlası”nın yaradıcısı, “Azərbaycanın səth sularının ekoloji problemləri”, “Azərbaycan Respublikasının Xəzər sahilinin su təminatı və mühafizəsi”, “Neft və neft məhsulları ilə çirklənmiş torpaqların bərpası” və s. elmi əsərlərin müəllifidir.

19.01.2012