Azərbaycan Prezidenti Parlament seçkilərinin vaxtını təyin etdi

Ilham Eliyev Imzalanma 130510Prezident İlham Əliyev ölkənin Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilsin”.

28.08.2015