Azərbaycan prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

Ilham Eliyev 1903012Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. APA-nın “president.az” saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edib. Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan dövlət başçısını Müstəqillik Sarayında qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər.

Sonra A. Lukaşenko MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa gələn digər dövlət başçılarını da qarşılayıb. Prezidentlər xatirə şəkli çəkdiriblər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. İclasın iştirakçılarını salamlayan Belarus prezidenti dövlət və hökumət başçılarının bu tədbirdə iştirakını yüksək qiymətləndirib. Azərbaycan prezidenti İlham Əliyev iclasda çıxış edib.

10.10.2014