Azərbaycan prezidenti and içib

Bu gün 9 oktyabr Azərbaycan Respublikası Prezidentliyinə seçkilərdə qələbə qazanmış İlham Əliyevin andiçmə mərasimi keçirilib. Milli Məclisdən APA-ya verilən məlumata görə, mərasim Parlamentin iclas zalında təşkil olunub.

Mərasimdə dövlət rəsmiləri, hökumət üzvləri, deputatlar və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də iştirak ediblər.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin bu gün keçirilən Plenumunda seçkinin nəticələri təsdiqlənib və seçkidə 84,54 faiz səs toplayan İlham Əliyev prezident elan edilib.

19.10.2013