AŞPA Azərbaycandakı prezident seçkilərinə 33 nəfərlik müşahidə missiyası göndərir

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün 33 nəfərlik nümayəndə heyəti göndərəcək. APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Nümayəndə heyətinin aprelin 10-da Bakıya gəlməsi gözlənilir.

Qeyd edək ki, prezident seçkiləri aprelin 11-də keçiriləcək.Президентские выборы в Азербайджане пройдут 11 апреля.

15.03.2018