AŞ baş katibi Azərbaycan prezidentini təbrik edib

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan prezidenti İlham Əliyevə yenidən prezident seçilməsi ilə əlaqədar təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab prezident. Fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində Sizinlə sıx işləmək niyyətindəyəm”.

14.04.2018