ABŞ-ın “AJF & Associates, İnc.” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll” öncəsi sorğunun nəticələrini açıqlayıb

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ABŞ-ın “AJF & Associates, İnc.” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən “exit-poll” öncəsi ölkənin 50 rayonunda aparılmış sorğunun nəticələri açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə ABŞ təşkilatının rəhbəri Corc Birnbaum bu gün keçirilən brifinqdə deyib ki, sorğuya əsasən, respondentlərin 83 faizi seçkilərdə hazırkı prezident İlham Əliyevə səs verəcəyini bildirib. Onun sözlərinə görə, ümumilikdə respondentlərin 3/4-ü dövlət başçısına dəstək ifadə edib. Sorğu 50 rayonda aparılıb.

28.03.2018