Azay Quliyevdən QHT-lərlə bağlı mühüm təklif

Deputat, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev QHT-lərlə bağlı mühüm təklif irəli sürüb. O, Milli Məclisin bugünkü iclasında müəllifi olduğu “Peşə birlikləri haqqında” və “Sosial sifariş haqqında” qanun layihələrinin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil olunmasını təklif edib:

“Bu gün QHT-lər haqqında qanun mövcuddur. Lakin bu qanun çərçivə qanunu olduğundan bütün İctimai Birlik və təşkilatların fəaliyyətinin hüquqi mexanizmini təmin etmir. Bu baxımdan da İctimai Birliklərin normal fəaliyyətini təmin etmək belə bir qanun qəbul edilməlidir. Ümid edirəm ki, parlament vətəndaş cəmiyyətinin bu təklifini nəzərə alacaq”.

Milli Məclisin spikeri Oktay Əsədov təkliflə baxılması üçün parlamentin Aparatına tapşırıq verib.

2.10.2018