Bu gün Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 2010-cu il 11 fevral tarixli 11 nömrəli əmri ilə “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” qanun və “Enerji resurslarından effektiv istifadə üzrə Dövlət Proqramı” layihələrinin hazırlanması ilə əlaqədar yaradılmış komissiyanın ilk iclası keçirilmişdi. İclasda Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərenerji”ASC, Standartlaşdırma, Metrologiya ve Patent üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Bakı Metropoliten İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “ELS”Müstəqil Araşdırmalar Mərkəzi, Azad İstehlakçılar Birliyinin nümayəndələri iştirak etmişlər. Davamı
Enerji resurslarından effektiv istifadəyə aid layihə üzrə komissiya işə başlamışdır
19.02.2010


