Monthly Archives: December 2009

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi MSK-da akkreditasiyadan keçib

els“ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 23 dekabr bələdiyyə seçkilərində birgə “Exit-poll” tədqiqatı aparmaq məqsədilə akkreditasiyadan keçmək barədə Mərkəzi Seçki Komissiyasına (MSK) yazılı müraciətinə müsbət cavab verilib. Belə ki, adı çəkilən təşkilatlar bələdiyyə seçkilərində rəsmən birgə “Exit-poll” keçirmək hüququ qazanıb. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və AVCİYA təşkilatları 8 bələdiyyə: Bakı şəhərinin Nərimanov, Nəsimi, Səbail və Xətai bələdiyyələri, Abşeron bələdiyyəsi, Şirvan, Xaçmaz və Gəncə rayonun Nizami bələdiyyəsiüzrə birgə “Exit-poll” tədqiqatı aparacaq. Bunun üçün seçkilər zamanı “Exit-poll” keçirəcək intervüer və supervayzerlər treninqlərə cəlb olunacaq. Təşkilat tərəfindən treninqlərə artıq start verilib.  Treninqlər dekabr ayının 9-dan başlayaraq 19-dək davam edəcək. Davamı

9.12.2009