Daily Archives: 07/04/2009

“Təhlükəsiz yol hərəkəti uğrunda!”

bus8Son zamanlar Bakı şəhərində nəqliyyat sahəsində baş verən dəyişikliklər, xüsusən də, kiçik tutumlu avtobusların iri tutumlu yeni avtobuslarla əvəz edilməsi sərnişin daşınmasında təhlükəsizlik və rahatlıq, yollarda isə nəqliyyatın hərəkətinin nizama salınması, tıxacların aradan qaldırılması məsələlərinə böyük dəstək olmuşdur. İri tutumlu avtobusların rahatlığı ilə bərabər onların üzərində qaçan sətirlə marşrutun nömrəsi, əsas dayanacaqların adlarının göstərilməsi sərnişinlər üçün lazımi məlumatın asan əldə etməsinin təmin olunmasını qeyd etmək istərdik. Bundan başqa, bu avtobusların böyük pəncərələri həm salonu işıqlı edir, həm sərnişinlər üçün kifayət qədər görünüş sahəsini yaradır, həm də qəza zamanı sərnişinlərin təcili evakuasiyasına imkan verir. Lakin küçələrimizdə son günlərdə müşahidə etdiyimiz mənzərə fikrimizcə sərnişin daşınması və yol hərəkətinin təhlükəsizliyi üçün müəyyən problemlər yarada bilər. Davamı

4.07.2009