“Ana laylası” İctimai Televiziyanın canlı yayımında

ITV_ana-laylasiYanvarın 28-də İctimai Televiziyanın (İTV) ”Yeni gün” proqramında Azərbaycanın tarixində ilk dəfə keçirilmiş “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin ”Laylalar” nominasiyasının qalib mahnısı “Ana laylası” səsləndi.

VIDEO

Qeyd edək ki, sözügedən müsabiqə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi 2013-cü il iyunun 1-dən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində keçirilmişdir.

Sözləri gözəl şairimiz İlyas Tapdıq, musiqisi Səadət Fərziyevaya məxsus “Ana laylası”nı fortepianoda müəllifin və skripkada Rasim Fərziyevin müşayiəti ilə Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədova ifa etdi.

28.01.2014