Yeni lahiyənin təqdimatı

lahiye_1“ELS” Mustəqil Araşdırmalar Mərkəzi 2010-cu ilin iyul ayının 30-u tarixində saat 12:00-dan -13:00-dək «Caspian Plaza» Biznes mərkəzinin (ünvan: C.Cabbarlı, 44) konfrans zalında Azərbaycandakı ABŞ səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi ilə həyata keçirdiyi “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrubənin tətbiqi” layihəsinin təqdimatını keçirmişdir. KİV

Tədbirdə Mərkəzi Seçki Komissiyası, Ombudsman Aparatı, ABŞ-n Azərbaycandakı səfirliyi, ATƏT və digər beynəlxalq təşkilatların rəsmiləri, yerli QHT-lərin, habelə  KİV təmsilçiləri iştirak etmişlər.

Tədbirin keçirilməsində məqsəd seçicilərin hüquqi maarifləndirilməsi, bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq təşkilatların təcrübəsindən bəhrələnməklə Azərbaycanda vətəndaş fəallığının stimullaşdırılması və qadınların ictimai həyatda iştirak səviyyəsinin artırılmasına həsr olunmuş layihə barədə məlumatın verilməsi olmuşdur.

Tədbirdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yagubova çıxış edərək layihənin məqsədləri, gedişatı və həyata keçirilməsinə dair ətraflı məlumat verərək layihə iştirakçılarını təqdim etdi. O, ölkə ictimaiyyətini xüsusən də fəal qadınları layihədə iştirak etməyə dəvət etdi. Təqdimatda layihə iştirakçılarından Çingiz Dadaşov, Vüqar Tofiqli, Lüdmila Xəlilova çıxış etmişlər. Digər tədbir iştirakçıları layihəni aktual və lazımlı hesab edərək onun həyata keçirilməsinə dair öz tövsiyyələini vermişlər.

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi artıq 5 ildir ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı fəaliyyət göstərir. Seçki zamanı “exit-poll” və “quick count” tədqiqatları, seçicilər tərəfindən seçkilərə marağın artırılması, seçkilərdə daha fəal iştirak etmələri məqsədilə seçki ərəfəsində maarifləndirmə işləri aparılır. Bütün dünyada mövcud olan qadınların xüsusən də regionlarda yaşayanların seçici fəallığının nisbətən aşağı olmasını nəzərə alaraq Mərkəz ölkəmizin ictimai-siyası həyatında əhəmiyyətli yer tutan Milli Məclis seçkiləri ərəfəsində qadınların seçkilərdə iştirakı ilə bağlı tədbirlərin keçirilməsini vacib hesab edir.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin mətbuat xidməti

« 1 of 2 »

1.09.2010