Türkiyənin populyar turizm saytı Azərbaycanla bağlı səhvini düzəltdi

fuartourTürkiyənin populyar Fuar tour (www.fuartour.com) turizm saytı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yol verdiyi səhvi düzəldib. Milli.Az Day.Az saytına istinadən bildirir ki, Fuar tour (www.fuartour.com) turizm saytında ölkəmizin ərazi bütövlüyü təhrif olunmuşdu. Saytın vizalar haqqında məlumat bölməsində turizm səfərləri olan ölkələrin siyahısı yerləşdirilmişdi. Burada Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ayrı respublika kimi göstərilirdi. Həmin bölgə “Dağlık Karabağ Cumhuriyeti” adı ilə qeyd olunmuşdu.  Məsələnin ciddiliyini nəzərə alaraq, Day.Az saytı oxucularına təklif etmişdi ki, səhvin düzəldilməsi ilə bağlı qardaş ölkənin saytına müraciət etsinlər. Oxucuların verdikləri məlumata əsasən, sayt artıq həmin səhvi düzəldib. Məkub göndərilərkən isə səhvə yol verildiyindən üzrhaqlıq ediblər. 
Fuar tour-un saytına daxil olarkən əmin olursan ki, səhv, doğrudan da, düzəldilib. Oxuculardan xahiş olunur bundan sonra da diqqətli olsunlar, müxtəlif saytlarda Azərbaycanın ərazi bütövlünün pozulması ilə bağlı məlumat versinlər.

11.04.2014