Treninqlərin ikinci mərhələsi Göyçay, Zərdab, Ağdaş, Ucar və Kürdəmir rayonlarında yekunlaşıb

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi oktyabrın 4-də Göyçay, Zərdab, Ağdaş, Ucar və Kürdəmir rayonlarında seçkiyə düşən məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər təlimlərə cəlb olunub. İlkin olaraq, treninqlərin ikinci mərhələsində keçirilən təlimdə Göyçay rayonu üzrə seçki günü «Exit-poll» tədqiqatını aparacaq intervüer və supervayzerlər iştirak edib. Müvafiq qaydalar iştirakçılara yenidən izah edildikdən sonra «Exit-poll»un keçirilməsi prosesi əyani şəkildə göstərilib. Treninq zamanı qarşıya çıxan suallar təlimçi tərəfindən cavablandırılıb.

Zərdab, Ağdaş, Ucar və Kürdəmir rayonlarında seçkiyə düşən məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlə görüş zamanı tədqiqatın mahiyyəti və yeniliklər barədə ətraflı məlumat verilib. Təlimçi Nəsimi Cəfərov treninq iştirakçılarına seçki günü «Exit-poll» tədqiqatında istifadə olunacaq müvafiq sənədlər haqqında danışıb.

Treninqlərin sonunda hər bir rayon üzrə intervüer və supervayzerlərin dislokasiyasiyası dəqiqləşdirilib.

8.10.2008