Şəki, Qax, Zaqatala, Balakəndə intervüer və supervayzerlər treninqlərə cəlb olunub

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi oktyabrın 6-da Şəki, Qax, Zaqatala, Balakən rayonları üzrə seçkiyə düşən məntələqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil edib. Şəki şəhərində treninqlərin ikinci mərhələsində keçirilən təlimlərə qatılan iştirakçılara tədqiqat və dəyişikliklər haqqında bir daha məlumat verilib. Həmçinin təlimdə «Exit-poll»un keçirilməsi və məlumatın ötürülməsi praktik şəkildə həyata keçirilib.

Qax rayonunda da intrervüer və supervayzerlərə yeniliklər barədə məlumat verilib. Təlim iştirakçıları ilə anket və sorğu vərəqələrindən istifadə qaydaları, seçki günü «Exit-poll» tədqiqatında onların vəzifələrinin nədən ibarət olması haqqında söhbət aparılıb. Treninqin sonunda təlimçi tərəfindən iştirakçıların sualları cavablandırılıb, tədqiqatla bağlı aydın olmayn məqamlar yenidən izah olunub.

Zaqatala və Baləkən rayonunda təlimçi Rəsul Mirsaquliyevı intervüer və supervayzerləri yoxlamaq məqsədilə sual-cavabla vasitəsilə «Exit-poll» tədqiqatına dair söhbət aparıb. Eyni zamanda təlim iştirakçılarının suallarını cvablandırıb.

8.10.2008