Bu dəfə Estoniya

147600551588452706_1000x669“Günay” Uşaq Teatrı növbəti səfərdən qayıdıb

Bakı Uşaq Teatrının “Günay” Teatr-Studiyası Youth Exchange «Happy family – a fairy taleor reality» (Xoşbəxt ailə – mif yaxud reallıq) Beynəlxalq layihə çərçivəsində keçirilən Beynəlxalq Teatr Festivalından qayıdıb. 30 sentyabr – 8 oktyabr tarixlərində Estoniyada, o cümlədən Tallin və Tammispea gənclər yaradıcılıq düşərgəsində həyata keçirilən layihə Avropa Birliyinin müəllim və tələbələrin mübadiləsinə dair “Erasmus” qeyri-kommersiya proqramı ilə maliyyələşdirilib.  FOTOQALEREYA

Layihədə Azərbaycan, Estoniya, Litva və Rusiya ölkələrindən olan uşaq yaradıcılıq kollektivləri iştirak etmişdir. Layihənin təşkilatçısı Estoniyanın “Letayushaya korova” (Uçan inək) uşaq və gənclər yaradıcılıq studiyalarının rəhbəri Yanika Koppel olub. Ailə dəyərlərinin təbliğinə yönəlmiş layihə çərçivəsində uşaqlar başqa xalqların ailə ənənələri və tarixi kökləri ilə tanış olublar.

Bakı Uşaq Teatrının “Günay” Teatr-Studiyası tamaşaçılara yazıçı Anarın “Dədə Qorğud” əsəri əsasında “Üç tonqal” yeni tamaşasını nümayiş etdiriblər. Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru “Günay” Teatrının rəhbəri Larisa Tarusovadır. Festivalın bütün iştirakçılarına ali təhsil məktəblərinə qəbulda güzəştlər nəzərdə tutan “YOUTHPASS” vəsiqələri təqdim edilib.

Qeyd edək ki, tamaşada AZərbaycanın Estoniyadakı səfirliyinin nümayəndələri və bu ölkədə yaşayan Azərbaycan diasporasının üzvləri də iştirak etmişlər.

14.10.2016