“ELS” Müstəqil Araşdırmalar Mərkəzi növbəti ekspress rəy sorğusunun nəticələrini açıqlayıb

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi ölkədə seçkiqabağı vəziyyətin öyrənilməsi ilə bağlı sentyabrın 16-25-də növbəti ekspress rəy sorğusu keçirib. Sorğuda bütün dairələri əhatə etmək şərti ilə 12500 respondent iştirak edib. Ekspress rəy sorğusu  Azərbaycanda ictimai siyasi vəziyyətin, həmçinin oktyabrda keçiriləcək prezident seçkisində ölkə vətəndaşlarının səs verəcəkləri namizədlə bağlı fikir və düşüncələrinin öyrənilməsinə yönəlib. Ekspress rəy sorğusunda rəyi soruşulanların fikir və mülahizələrinə söykənən məlumatlar tədqiqatın əsas mövzusu olmaqla “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin əməkdaşları tərəfindən araşdırılaraq təhlil edilib.

Ekspress sorğunun nəticələrinə görə, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevə rəyi öyrənilən ölkə vətəndaşlarının 86,3 faizi səs verib. Namizədlər arasında onun ən yaxın izləyicisi  Ümid Partiyasının namizədi İqbal Ağazadədir. Ümid sədri respondentlərin 2,3 faiz səsini qazanıb.

Üçüncü yeri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 1,1 faiz səslə qazanıb. Prezidentliyə iddialıların reytinq cədvəlində 4-cü olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev  0,9 faiz səs qazanıb.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafayev də Müasir Müsavat sədri ilə eyni səs faizini bölüşüb. Namizədliyini fərdi şəkildə irəli sürən Qulamhüseyn Əlibəyli isə 0,6 faiz səs toplayaraq iddialılar sırasında 6-cı yeri tutub.  Bu sıralamada sonuncu yerin sahibi Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev olub. Liberal demokratların rəhbəri rəyi soruşulanların 0,5 faizinin etimadını qazanıb. Bundan başqa öz seçimini gizli saxlamağa üstünlük verənlər də olub. Onlar sorğuda iştirak edənlərin 1,5 faizini təşkil edib. Respondentlər arasında “Səsvermədə iştirak edəcəyimi hələ dəqiqləşdirməmişəm” – deyənlər isə sorğuda 1,6 faiz təşkil edib. Səsvermədə iştirak etməyəcəklərini bildirənlərin sayı isə ümumi göstəricinin 4,3 faizi qədərində olub. “ELS” Araşdırmalar Mərkəzi respublika üzrə olan nəticələrin ümumiləşdirilmiş təhlilindən əlavə ölkənin 10 regionu üzrə olan nəticələri ayrı-ayrılıqda təhlil edib. Yeni Azərbaycan Partiyasının namizədi İ.Əliyev Bakı-Abşeron regionun nəticələrinə görə 78,1 faiz, Sumqayıtda 80,6  faiz, Cənub-Şərq regionunda 92, 4 faiz , Cənub regionunda 95, 7 faiz, Mərkəz regionunda 92,7 faiz, Şimal-Qərb regionunda 91,1 faiz, Qərb regionunda 73,3 faiz, Gəncədə 77, 5 faiz, Şimal – Şərq regionunda 95,6 faiz, Şimal regionunda  isə 84,6 faiz səs toplayıb.

Böyük fərqlə də olsa öz göstəricilərinə görə İ.Əliyevdən sonra gələn Ümid Partiyasının namizədi İ. Ağazadə Bakı-Abşeron bölgəsində 2,1 faiz, Sumqayıtda 1,4 faiz  Cənub-Şərq regionunda 0,2 faiz, Cənub regionunda 0,8 faiz, Mərkəz regionunda 3,3 faiz, Şimal-Qərb regionunda 2,4 faiz, Qərb regionunda 3,7 faiz, Gəncədə 0,4 faiz, Şimal-Şərq regionunda 1,5 faiz və Şimal regionunda 4,7 faiz səs toplamışdır.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi oktyabr ayında da ekspress rəy sorğuları keçirməyi planlaşdırır.

2.10.2008