Dövlət başçısı Qubada bir sıra yeni obyektlərin açılışını edib

Bu gün, oktyabrın 11-də dövlət başçısı və xanımı Quba rayonunda istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak ediblər. İlk əvvəl Azərbaycan Prezidenti İlham Əliyev 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun açılışını edib.

Sonra Prezidenti İlham Əliyev və birinci xanım Mehriban ƏliyevaQubaşəhərindəyenicə salınan GənclərParkında yaradılanşəraitlətanışolublar.

Oktyabrın 11-də “Qubaekoaqrar” MəhdudMəsuliyyətliCəmiyyətininkəndtəsərrüfatımallarınınistehsalızavoduistifadəyəverilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.

Sonra Prezident və xanımı Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olublar.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsinin əsaslı təmir olunmuş binasının, Quba Rayon Mərkəzi Xəstəxanasının və Quba şəhərində 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçasının açılışında da olublar.

11.10.2018