İyunun 7-də ELS-Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə cari ilin iyunun 1-dənhəyata keçirilən “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsinin təqdimatını keçirmişdir.
Bölmə: Yeni uşaq mahnıları – 2013
ELS yeni layihəyə start verdi
1 iyun 2013-cü il tarixindən “ELS – Müstəqil Araşdırmalar Mərkəzi” AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsinə başlayır. Layihə çərçivəsində uşaq mahnılarının bəstələnməsi müsabiqəsinin keçirilməsi planlaşdırılır. Məqsəd yetişən nəslin mədəni və mənəvi cəhətdən hərtərəfli inkişaf etmiş, yüksək vətəndaş şüurlu cəmiyyət üzvü kimi formalaşmasında önəmli rol oynayan uşaq mahnılarının yazılmasına müasir bəstəkarların marağını oyatmaq, gənc bəstəkarları cəlb etmək, müasir dövrə həmahəng və bu günkü uşaqlara maraqlı olan uşaq mahnılarının yaradılmasına təkan verməkdir. Davamı
“ELS” Müstəqil Araşdırma Mərkəzi ANS telekanalının canlı efirində
Yanvarın 13-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova ANS telekanalının canlı efirində yayımlanan “Bazar səhəri Rövşanə ilə” verilişinin qonağı olub. Verilişdə gənc nəslin formalaşmasında mədəniyyətin rolu, o cümlədən uşaq mahnıları, uşaq və yeniyetmələrin mədəni istirahəti və s. bu kimi aktual məsələrlə bağlı ölkədəki mövcud vəziyyət müzakirə edilib, çıxış yolları axtarılıb. Söhbət boyu maraqlı fikirlər, sms-lər səslənib. Qəribə də olsa, sms-rin birində Azərbaycanın Avropaya inteqrasiya etməsi səbəbindən uşaqlar üçün yeni mahnıların yazılması və ümumiyyətlə milli mahnı bazasının inkişafına hətta ehtiyac qalmadığı vurğulanıb. Davamı