Bölmə: Qadın kupelərinin təşkili



“ELS” MAM-ın Nəqliyyat Nazirliyinə müraciəti

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi dəmir yolu nəqliyyatında sərnişindaşınmanın təkmilləşdirilməsi məqsədi ilə keçirdiyi araşdırmaların nəticələri ictimaiyyətə təqdim olunmuşdur. Ictimai müzakirələr nəticəsində qatarlarda qadınların ayrıca səfər etmələri üçün şəraitin yaradılması ilə bağlı müraciət tərtib olunmuşdur. 42 QHT təmsilçilərinin imza atdığı müraciət Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə müvafiq məktubla təqdim edilmişdir.
Müraciətlə tanış olmaq üçün mətni buradan yükləyə bilərsiniz:
Kupe/Neqliyyat Nazirliyine muraciet.pdf  Davamı

23.04.2010


Qadınlar üçün ayrıca kupelər təşkil edilməlidir

demiryyolu“ELS” Müstəqil Araşdırmalar Mərkəzi dəmir yolunda sərnişin daşıma sisteminin təkmilləşdirilməsini təklif edir.
Hər gün ictimai nəqliyyat dünyada yüz minlərlə sərnişinə mənzil başına çatmağa imkan yaradır. Bu zaman sərnişinlərin təhlükəsiz və rahat hərəkətinin təşkilinə çox böyük diqqət yetirilir. Məhz bu məqsədlə son illərdə bir çox ölkədə sərnişinlərin cinsindən asılı olaraq onların kupelərdə ayrı yerləşdirilməsi tətbiq edilir. Belə ki, Rusiyada dəmir yolunda sərnişinlər üçün daha rahat şəraitin yaradılması məqsədi ilə on ilə yaxın müddətdə ayrı “kişi” və “qadın” kupeləri təşkil olunan qatarlar hərəkət edir. Analoji qatarlar Ukrayna və Belorusda da tətbiq olunur. Sərnişinlərin cinslərinə müvafiq olaraq ayrı-ayrı yerləşdirilmə sxemləri xeyli vaxtdır ki, Qərbi və Mərkəzi Avropa ölkələrində müvəffəqiyyətlə işlənilir. Burada nəinki “kişi” və “qadın” kupeləri, hətta “kişi” və “qadın” vaqonları təşkil olunur. KİV Davamı

9.03.2010