Bölmə: Təhlükəsiz yol hərəkəti uğrunda



Piyada mədəniyyəti İctimai Televiziyada

tv127 oktyabr 2009-cu il tarixində  İctimai Televiziyanın efirində “İşgüzar zaman” proqramının növbəti buraxılışı canlı yayımlanmışdır. Piyada mədəniyyətinə həsr olunmuş verilişdə ekspert qismində Baş Dövlət Yol Polisinin şöbə rəisi Ərəstun Məcidov, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Nəqliyyat Nazirliyinin şöbə müdiri Namiq Həsənov və Azərbaycan Texniki Universitetinin dosenti Fərhad Eyyubov iştirak etmişdirlər. Davamı

27.10.2009
 

“Təhlükəsiz yol hərəkəti uğrunda!”

bus8Son zamanlar Bakı şəhərində nəqliyyat sahəsində baş verən dəyişikliklər, xüsusən də, kiçik tutumlu avtobusların iri tutumlu yeni avtobuslarla əvəz edilməsi sərnişin daşınmasında təhlükəsizlik və rahatlıq, yollarda isə nəqliyyatın hərəkətinin nizama salınması, tıxacların aradan qaldırılması məsələlərinə böyük dəstək olmuşdur. İri tutumlu avtobusların rahatlığı ilə bərabər onların üzərində qaçan sətirlə marşrutun nömrəsi, əsas dayanacaqların adlarının göstərilməsi sərnişinlər üçün lazımi məlumatın asan əldə etməsinin təmin olunmasını qeyd etmək istərdik. Bundan başqa, bu avtobusların böyük pəncərələri həm salonu işıqlı edir, həm sərnişinlər üçün kifayət qədər görünüş sahəsini yaradır, həm də qəza zamanı sərnişinlərin təcili evakuasiyasına imkan verir. Lakin küçələrimizdə son günlərdə müşahidə etdiyimiz mənzərə fikrimizcə sərnişin daşınması və yol hərəkətinin təhlükəsizliyi üçün müəyyən problemlər yarada bilər. Davamı

4.07.2009


“Təhlükəsiz yol hərəkəti uğrunda!” İctimai televiziyada

itv102 iyul 2009-cu il tarixində İctimai Televiziyanın efirində “İşgüzar zaman” proqramının növbəti buraxılışı canlı yayımlanmışdır. Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş verilişdə ekspert qismində Baş Dövlət Yol Polisinin şöbə rəisi Ərəstun Məcidov, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Nəqliyyat Nazirliyinin katiblik rəhbəri Namiq Həsənov və sosioloq Əhməd Qəşəmoğlu dəvət olunmuşlar. Davamı

2.07.2009