Bölmə: Xəbərlər

Firəngiz Əlizadənin müəllif konserti keçirildi

Firəngiz_ƏlizadənHeydər Əliyev Fondunun vise-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bu ilin fevral ayının 27-də Firəngiz Əlizadənin müəllif konserti baş tutmuşdur. Konsert haqqında tam təsəvvürü almaq üçün diqqətinizə əməkdar incəsənət xadimi, professor, Azərbaycan Bəstəkarlar İttifaqının Katibi Zemfira Qafarovanın məqaləsini təqdim edirik.

Öz növbəmizdə biz keçirilən beynəlxalq kampaniyaya dəyərli töhfə olan və uğurla keçirilən konsertlə Azərbaycanın xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülhməramlı Artisti və bu yaxında məşhur skripkaçı Xilari Xanın «Dentsche Grammofon» musiqi albomuna daxil edilmiş əsərinə görə “Qremmi” mükafatına layiq görülmüş Firəngiz Əlizadəni təbrik edirik və ona yaradıcılığında yeni və gözəl əsərlərin yaradılmasında uğurlar arzulayırıq!

Земфира Кафарова. На авторском вечере Фирангиз Ализаде, посвященном Ходжалинской трагедии

3.03.2015

Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib

president_xocali_abide_260215_07Azərbaycan prezidenti İlham Əliyev BakıdaXocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib. Bakıda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ziyarətə qatılıb. APA-nın məlumatına görə, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Türkiyənin Azərbaycanda səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu abidənin önünə gül dəstələri qoyublar. Davamı

26.02.2015

Ankarada Xocalı Muzeyi və Xocalı Abidəsinin açılışı olub

7c16754598a5dd2c18af069beb554ff7 - копияXocalı soyqırımının 23-cü il dönümü ilə bağlı Azərbaycan Türkiyədəki səfirliyi tərəfindən keçirilən silsilə tədbirlər çərçivəsində Ankaranın Kızılcahamam rayonunda yerləşən Xocalı Muzeyi və Xocalı Abidəsinin açılış mərasimi keçirilib. Səfirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlanın, ilk olaraq Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri  Nəcdət Ünüvarın mesajı oxunub. Mesajda Xocalı soyqırımının ağrı və acısının Türkiyə tərəfindən bölüşüldüyü qeyd olunub. Davamı

26.02.2015

Ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsindən 23 il ötür

XocaliErmənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 23 ili tamam olur. APA-nın məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib. Davamı

26.02.2015

Azərbaycanda Novruz bayramınadək bütün təqaüdçülər mart ayının pensiyasını alacaq

скачанные файлыNovruz bayramına qədər pensiyalar qrafikdən əvvəl maliyyələşdiriləcək. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib. DSMF sədri bildirib ki, yanvar-fevral aylarında pensiyaların maliyyələşdirilməsi prosesi  qrafikdən əvvəl yekunlaşıb. “Qarşımızda duran məsələ Novruz bayramına qədər pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsidir ki, biz buna da nail olacağıq”, -deyə E.Mehdiyev vurğulayıb. Davamı

26.02.2015