Bölmə: Xəbərlər

İqtisadi Əməkdaşlıq Təşkilatının XII sammitində Bakı Bəyannaməsi qəbul olunub

Iqtisadi_Emekdashliq_Teshkilatinin_XII_Zirve_Toplantisiİqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XII Sammitinin yekununa dair Bakı Bəyannaməsi qəbul olunub. APA-nın məlumatına görə, sənədin qəbulundan sonra ECO mükafatlarının təqdim olunması mərasimi keçirilib.

Müxtəlif sahədə elmi-tədqiqat işlərinə görə ECO mükafatı 8 ölkədən 24 nəfərə verilib. Azərbaycandan iqtisadiyyat sahəsi üzrə bu mükafat Asəf Nadirova təqdim olunub.  Davamı

16.10.2012

Azərbaycan və İran prezidentlərinin görüşü olub

Ilham-Aliyev-AhmadinecatAzərbaycan prezidenti İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejad ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısının önəmi vurğulanıb, bu tədbirin region ölkələri arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Davamı

15.10.2012

ABŞ Enerji İnformasiya Təşkilatı: AB-nin İrana tətbiq edəcəyi qaz sanksiyasından daha çox Türkiyə və Azərbaycan ziyan çəkəcək

AB_nin_Irana_sanksiyasiAvropa Birliyinin (AB) İrandan təbii qaz idxalına tətbiq edəcəyi sanksiya dünya bazarına çox təsir göstərməyəcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Enerji İnformasiya Təşkilatının yaydığı hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, AB-nin İrandan təbii qaz idxalına tətbiq edəcəyi sanksiyadan daha çox Türkiyə və Azərbaycan Respublikasının bir hissəsi zərər çəkəcək.

Davamı

12.10.2012