Bölmə: Xəbərlər

İbtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçirilib

Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər aparan ibtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, imtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş ixtisasartırma təlimlərini başa vuran 875 ibtidai sinif müəllimi iştirak edib. Davamı

10.12.2018

Bakı əhalisinin sayı açıqlandı

Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 11,3 min nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 273,9 min nəfərə çatıb. Trend-in məlumatına görə, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 1 062 nəfər olub. Davamı

3.12.2018

2019-cu il dövlət büdcəsi qəbul edildi

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, 2019-cu il dövlət büdcəsi Azərbaycan dövlətinin maraqlarına tam cavab verir: “Dövlət büdcəsi iqtisadi islahatların həyata keçirilməsinə və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcək”. Davamı

30.11.2018