Bölmə: Xəbərlər

Təbrik edirik!

Ehmedova_Mehriban

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi istedadı, xoş xasiyyəti və mehribanlığı ilə hamının rəğbətini qazanmış Mehriban xanım Əhmədovanı ad günü münasibətilə təbrik edir, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları diləyir. 

Fevralın 24-də Azərbaycan Bəstəkarkar İttifaqının üzvü, bəstəkar Mehriban Əhmədovanın doğum günüdür. O, Şövkət Ələkbərovanın ifasında “Bayram mahnısı”, “Ana”, Eyyub Yaqubovun ifasında “Oturduq yanaşı, susduq yanaşı”, Brilliant Dadaşovanın ifasında “Arzum mənim” kimi dillər əzbəri olmuş mahnıları ilə tanınıb sevilmişdir.

“Qara qız”, “Qalada yatmış idim”, “Ay qız sənə mayiləm”, “Dağlarda çiçək”, “Qərənfil”, “Ay dilbər” xalq mahnılarının fortepiano və səs üçün əsərlərin müəllifi olan Mehriban Əhmədova 2011-ci ildən “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində həyata keçirdiyi layihələrdə ekspert qismində yaxından iştirak etmiş və gələcək nəslin inkişafı üçün öz tövhəsini vermişdir. “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin Münsiflər Heyətinin üzvü kimi də Mehriban xanım yeni mahnıların seçimində əlindən gələni etmişdir.

23.02.2014

Drezdenin ictimai nəqliyyatında Xocalı soyqırımına həsr olunmuş video çarx nümayiş etdirilir

drezdenAlmaniyada yaşayan azərbaycanlılar bu ölkənin ictimaiyyətini 22 il əvvəl ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqda məlumatlandırmaq məqsədilə müxtəlif tədbir və aksiyalar keçirir. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Almaniyada Saksoniyanın inzibati mərkəzi olan Drezden şəhərində fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti Drezdendə şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində (avtobus və tramvaylarda) Xocalı soyqırımını əks etdirən çarxların nümayişini təşkil edib. Davamı

18.02.2014

Rəsmi London qoşunların təmas xəttində atəşkəsin pozulması hallarının davam etməsindən narahatdır

LondonBöyük Britaniya parlamentində Birləşmiş Krallığın işğal olunmuş Dağlıq Qarabağ və Azərbaycanla bağlı siyasətinə dair qısa debatlar keçirilib. APA-nın məlumatına görə, debatlar parlamentin üzvü Stefen Paundun təşəbbüsü ilə baş tutub. Debatlarda Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mark Simons çıxış edib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olmaqla, Ermənistanla Azərbaycanın inkişafına maneə törətməkdə davam edir.   Davamı

12.02.2014

“Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək”

QaliblerELS yeni layihəyə start verir

“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2014-cü il 1-ci maliyyə yardımı müsabiqəsinin qalibidir. Qeyd edək ki, fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 217 QHT layihəsinin maliyyələşdirilməsi haqda yekun qərar qəbul etmişdir. Davamı

12.02.2014