Bakı Zooparkı yenilənir, hazırda heyvanların köçürülməsi prosesinə başlanılıb. Bunu Trend-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib. A.Hüseynovun sözlərinə görə, zoopark bir neçə aylıq fəaliyyətini dayandırır. Davamı
Bölmə: Ana səhifə
Marketlərdə polietilen torbalar ödənişli ola bilər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə “Tədbirlər Planı” qəbul olunduqdan sonra bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərin icrasına başlanılacaq. Bunu Nazirliyin sektor müdiri Mehman Nəbiyev bildirib. Davamı
Orta məktəbi bitirə bilməyənlərin 134-ü attestat almaq üçün şans qazandı
Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil edilən eksternat imtahanlarında ümumilikdə 218 nəfər iştirak edib. Onlardan 134 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub. Davamı
İlham Əliyev sahibkarlara səsləndi: “İş yerlərini ixtisar etməyin”
“Keçən il 118 min yeni iş yeri yaradılmışdır. Bu, yaxşı rəqəmdir. İş yerlərinin yaradılması daimi proses olmalıdır və bu sahədə əlbəttə ki, özəl sektor əsas rol oynamalıdır. Dövlətin dəstəyi ilə verilən hər bir kreditin tərkibində mütləq məruzə olunanda nə qədər iş yeri yaradılacaq məsələsi də vardır”. Bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində deyib. Davamı
Səhiyyə Nazirliyi qızılca xəstəliyinin yayılmasının qarşısının alınması üçün tapşırıqlar verdi
Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb. Davamı