Avropa Şurası Azərbaycanda keçiriləcək referendumla bağlı gələn həftə qərar verəcək

Avropa Şurasının Azərbaycanda martın 18-də keçiriləcək referendumu müşahidəçilər vasitəsi ilə izləyib-izləməməsi barədə hələlik qərar qəbul olunmayıb. Bu barədə Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bildirib. Xüsusi nümayəndə deyib ki, Avropa Şurası bununla bağlı gələn həftə qərar qəbul verəcək.

V. Kotek onu da deyib ki, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq daha da dərinləşməlidir: “Biz bu əməkdaşlığın tərəfdarıyıq”.

Mənbə: www.apa.az

28.01.2009