Amerikalı analitiklər: Azərbaycan investisiya qoyuluşları üçün əlverişli regiondur

azerbaycan-xeriteAmerikalı analitiklər Azərbaycanı investisiya qoyuluşları üçün əlverişli region sayır. “APA-ECONOMICS”in xəbərinə görə, bu barədə ABŞ investorları üçün analiz və şərh portalı olan 247wallst.com saytı yazıb.

Məqalədə bildirilir ki, Sovet İttifaqının dağılması ilə Xəzər regionu Qərb dünyasında xüsusi strateji əhəmiyyət kəsb etməyə başlayıb. regionun digər ölkələrindən – Rusiya, Türkmənistan və Qazaxıstandan fərqli olaraq, Azərbaycana daha çox Qərb investorunu cəlb etmək müyəssər olub. Bunu Bakı-Tiflis-Ceyhan (BTC) beynəlxalq konsorsiumu vasitəsilə həyata keçirilən çoxsaylı enerji layihələri də təsdiqləyir. Əhəmiyyətli investorlar sırasında Böyük Britaniyanın “British Petroleum” (30,1%), “Chevron” (8,9%), Norveçin “StatoilHydro” (8,71%), “Türkiye Petrolleri Anonim Ortaklığı” (6,53%), İtaliyanın “Eni/Agip Group” və Fransanın “Total” (5%), Yaponiyanın “Itochu” (34%) və “Inpex Corp” 2,5%, ABŞ-ın “Hess Corp.” (2,36%) şirkətlərinin adı çəkilir.

Məqalə müəllifi qeyd edir ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) BTC beynəlxalq konsorsiumunun gəlirlərinin 25%-nə, xarici şirkətlər isə 75%-nə malikdir. Mülkiyyət hüququ və gəlirlər üzrə bu göstəricilər Moskva, Aşqabad və Astana üzrə göstəriciləri qabaqlayır. Müəllif Böyük Britaniyanın “British Petroleum” şirkətini Azərbaycan iqtisadiyyatına müvəffəqiyyətli investisiya qoyuluşlarının ən yaxşı qarantı sayır.

13.02.2012