Şura 2019-cu il üçün 1-ci qrant müsabiqəsini elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il birinci qrant müsabiqəsini elan edib. Məlumatı qurumun qht.az rəsmi saytı xəbər verir.

Seçim üçün 17 mövzu təqdim olunub, müsabiqə üzrə ərizə və layihə sənədlərinin qəbulu 15 noyabr-17 dekabr 2018-ci il tarixini əhatə edir.

Müsabiqə qalibləri 2019-cu il fevral ayının 15-dən sonra Şuranın iclasının qərarı ilə müəyyən olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın rəsmi internet saytında və digər internet informasiya resurslarında dərc ediləcək.

19.11.2018