«ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən 11,13 və 14 sentyabr tarixlərində Şirvan, Sabirabad, Beyləqan, İmişli, və Saatlı rayonlarında «Exit-poll» tədqiqatı ilə bağlı treninqlər keçirilib. Sentyabr ayının 11-də Şirvan şəhərində təşkil olunan təlimdə Şirvan və Hacıqabul rayonları ərazisində yerləşən «Exit-poll» seçiminə düşən seçki məntəqələrində intervüer və supevayzer qismində iştirak edənlər qatılıb. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) regional mərkəzində keçirilən treninqdə iştirakçılara «Exit-poll» un mahiyyəti və müvafiq qaydalara uyğun keçirilməsi barədə ətraflı məlumat verilib. Həmçinin təlimdə «Exit-poll»da istifadə ediləcək aket və sorğu vərəqələrindən istifadə qaydaları barədə iştirakçılara məlumat verilib.
Günün ikinci yarısında isə Sabirabad rayonunda «Exit-poll» seçiminə düşən seçki məntəqələri üzrə intervüer və supervayzer kimi fəaliyət göstərəcək iştirakçılara təlimlərə qatılıb.
Sentyabrın 14-də Beyləqan rayonunda və 15-də İmişli və Saatlı rayonlarında intervüer və supervayzerlərə təlimlər keçilib. Burada da onlara «Exit-poll»un mahiyyəti və keçirilmə qaydaları məlumat verilib. Qeyd edək ki, rayonların bir neçəsində təlimlər zamanı təlimçilər tərəfindən yaş və xarici görkəm kriteriyalarına cavab verməyən intervüerlər ehtiyatda olan şəxslərlə əvəzlənib.