“Prezident İlham Əliyevə alternativ yoxdur”

“ELS” rəy seçkiqabağı rəy sorğusunun nəticələrini açıqladı

Martın 27-də Beynəlxalq Mətbuat Mərkəzində “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə fevral-mart aylarında ölkənin 68 rayonunda (Naxçıvan MR-nın ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla) 1580 respondent arasında apardığı rəy sorğusunun nəticələrini açıqladı. FOTOQALEREYA

Sorğunun metodologiyası, məqsədi, aktuallığı və s. məsələlərə aydınlıq gətirən layihənin rəhbəri İradə Yaqubova sorğunun müxtəlif yaş kateqoriyaları və sosial qrup nümayəndələri arasında keçirildiyini bildirdi. Onun sözlərinə görə, 2013-cü il Prezident seçkilərindən sonra dövlətimizin idarə edilməsində qazanılan uğurlar, Prezident İlham Əliyevin istər daxili, istərsə də xarici siyasətini dəstəkləyən respondentlər böyük əksəriyyət təşkil etmişdir. Azərbaycan-Ermənistan münaqişəsinin həllində 25 ildən artıq iştirak edən beynəlxalq strukturlar, o cümlədən ATƏT-in Minsk qrupu, AŞPA, BMT təmsilçilərinin fəaliyyətini uğursuz hesab edənlər 86,9% olmuşdur.

Aprelin 11-də keçiriləcək Prezident seçkilərində edəcəkləri seçimi açıqlayan respondentlərin 84,1%-i birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildiriblər. İ.Yaqubovanın sözlərinə görə, rəy sorğusunun nəticələri onu deməyə əsas verir ki, Azərbaycan seçicisi Prezident İlham Əliyevi fəaliyyətini qənaətbəxş hesab edir və növbəti prezidentlik müddətində ölkənin məhz onun rəhbərliyi altında olmasını istəyir.

27.03.2018