“ELS” Müstəqil Araşdırmalar Mərkəzi treninqlərə start verib

Martın 30-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2018-ci il Prezident seçkilərində aparacaq “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı “Ambassador Hotel”də treninqlərə başlayıb. Mərkəzin təlimçiləri eyni vaxtda regionlarda da təlimlər keçirir.

Təlimçilər seçki günü ölkə ərazisindəki 118 dairədə seçicilər arasında sorğu aparacaq intervüer və supervayzerləri tədqiqatın məqsədi, keçirilmə metodologiyası, iş planı, qrafikı, vəzifə və borcları ilə tanış edirlər.

Təlimlər martın 30-dan aprelin 1-nə kimi region və paytaxtda seçki günü “Ekzit-poll” tədqiqatında iştirak edəcək 600 intervüer və 85 supervayzer üçün keçiriləcək.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində “exit-poll” tədqiqatını aparması üçün “ELS” Müstəqil Araşdırmalar Mərkəzini martın 24-də qeydə almışdır.

30.03.2018