Sentyabrın 26-da “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı Ümumxalq səsverməsi zamanı (referendum) “Ekzit-poll” tədqiqatını 118 seçki dairəsinin 400 seçki məntəqəsində həyata keçirmişdir. Gün ərzində saat 10:00, 13:00, 16:00, 18:00-də intervüerlər sorğu anketlərindəki məlumatları Mərkəzin qərargahına ötürmüşlər.
Ümumilikdə “Ekzit-poll” tədqiqatında 72 000-nə yaxın seçici iştirak edərək sorğu anketlərini cavablandırıb. Tədqiqatın nəticəsinə görə, saat 18.00-a seçici fəallığı 65,1% təşkil edib. Davamı

Sentyabrın 26-da saat 19.30-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı Ümumxalq səsverməsi zamanı (referendum) rəhbərlik etdiyi Mərkəzin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatının nəticələrini açıqladı. Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan mətbuat-konfransı zamanı jurnalistlərə açıqlamasında İ.Yaqubova 118 seçki dairəsinin 400 seçki məntəqəsində “Ekzit-poll” keçirildiyini və gün ərzində intervüerlərin saat 10:00, 13:00, 16:00, 18:00-də məlumatları Mərkəzin “İrşad Hotel”dəki Qərargahına ötürdüklərini qeyd etdi.
“Ekzit-poll” tədqiqatının nəticələrinə görə seçici fəallığı 65,1%-dir
“Ekzit-poll” tədqiqatının nəticələrinə görə seçici fəallığı 63,8%-dir
“Ekzit-poll” tədqiqatının nəticələrinə görə seçici fəallığı 38,3%-dir
