İyunun 5-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində “Milli-mənəvi dəyərlərin qorunmasında İKT-nin rolunun gücləndirilməsi”layihəsinin yekun təqdimatının keçirmişdir. Aprelin 9-dan başlayan layihə ELS-in Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Təhsil Nazirliyi və İctimai Televiziyanın iştirakı ilə mümkün olmuşdur.
Tədbirdə çıxış edən “ELS” Müstəqil Araşdırma Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib ki, aprelin 23-də aidiyyatı dövlət qurumları, qeyri-hökümət təşkilatları, kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən layihənin ilkin təqdimatı zamanı “ELS”-ın aprel ayında Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin 740 şagird və tələbələri arasında apardığı sorğunun nəticələri təqdim edilmişdir… FOTOQALEREYA Davamı