“Ekzit-poll” tədqiqatı başa çatdı
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2014-cü il bələdiyyə seçkilərində həyata keçirdiyi “Ekzit-poll” tədqiqatının yekun nəticələrini açıqlayıb. Belə ki, 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində aparılan “Ekzit-poll”da seçici fəallığı 38,30% olub.
Seçkidə namizədlərin dəyərləndirilməsinə gəlincə, seçicilər Yeni Azərbaycan Partiyasına (YAP) – 67,90%, digər siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərə 5,47%, digər namizədlərə – 26,63% səs vermişlər.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “İrşad” otelində yerləşən gərargahında gün ərzində telefon operatorları intervüyerlərdən məlumat almış, sonra həmin rəqəmlər kompüter operatorları tərəfindən işlənmişdir.

Dekabrın 23-də səhər saat 08.00-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2014-cü il bələdiyyə seçkilərində 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində apardığı “Ekzit-poll” tədqiqatına start verdi. Təşkilatın “İrşad” otelindəki seçki gərargahında işləyən telefon operatorları artıq bölgələrdən “ekzit-poll” tədqiqatının başlanması haqqında intervüyerlərdən məlumatı qəbul ediblər.
APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 75.2 maddəsinə əsasən seçkiqabağı təşviqat aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış başa çatır. Mərkəzi Seçki Komissiyası tərəfindən 23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparılması noyabrın 30-da başlanıb, dekabrın 22-də saat 8:00-da başa çatıb.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 23 dekabr 2014-cü il bələdiyyə seçkilərində 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində aparacaq “Ekzit-poll” tədqiqatı ilə bağlı treninqləri başa çatdırıb.
Dekabrın 1-də ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərində exit-poll tədqiqatı aparmaq üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.
