Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) referendumun ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. AVCİYA-nın seçki mərkəzinin rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edib ki, təşkilat 118 dairə üzrə 3 min məntəqədə müşahidə aparıb, ELS Müstəqil Araşdırma Mərkəzi ilə birlikdə 800 məntəqədə «exit-poll» keçirib. Davamı
Bölmə: Referendum 2009
AVCİYA və “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin refendumla bağlı məlumatı- Yenilənib
2009-cu il 18 mart Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklərin edilməsi ilə bağlı referendum zamanı AVCİYA və «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələri barədə məlumatda bildirilir ki, 2009-cu il mart ayının 18-də Referendum zamanı Azərbaycanda 118 seçki dairəsinin 800 məntəqəsində AVCİYA və «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələrinə əsasən seçici fəallığı 69,7% olmuşdur, bülletenə daxil edilmiş 29 maddə rəyi soruşulan seçicilərin 50%-dən xeyli çox hissəsi tərəfindən dəstəklənmişdir. Davamı
Dairə Seçki Komissiyasında Treninqlər Keçrilir
105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasının sədri Ələkbər Ələkbərov bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklərə dair ümumxalq səsverməsi (referendum) ilə əlaqədar MSK-nın tədbirlər planına uyğun olaraq, dairə seçki komissiyasının üzvləri və məntəqə sədrləri üçün treninq keçirilmişdir. Davamı
Azərbaycanın qeyri-hökumət təşkilatı 118 seçki dairəsində “exit-poll” aparacaq
Azərbaycanda Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumda yerli qeyri-hökumət təşkilatları birgə “exit-poll” (alternativ səsvermə aparılması) və müşahidəçilik missiyası həyata keçirəcəklər.
“ELS” Müstəqil Araşdırma Mərkəzi referendumda 118 seçki dairəsinin 800 məntəqəsində “exit-poll” aparacaq, cümə günü Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirilən brifinqdə mərkəzin rəhbəri İradə Yaqubova bildirib. Davamı
Venesiya Komissiyası referendumla bağlı rəyinin ilkin variantını bu gün Azərbaycana təqdim edəcək
Avropa Şurasının Venesiya Komissiyası referenduma çıxarılacaq Konstitusiyaya əlavə və dəyişiklərlə bağlı rəyinin ilkin variantını bu gün Azərbaycan tərəfinə təqdim edəcək.
Bu barədə Venesiya Komissiyasından məlumat verilib. Komissiyadan bildirilib ki, hüquqi ekspertiza üçün təqdim olunmuş sənədlər üzərində iş aparılan zaman Azərbaycan tərəfi ilə əməkdaşlıq edilib, prezident administrasiyası lazım olan bütün sənədləri təqdim edib, yaranan suallara aydınlıq gətirib. Davamı