Bölmə: Siqaret çəkməyə qarşı kampaniya-2007
Aylıq kompaniyaya həsr olunmuş mətbuat konfrası

Beynəlxalq Tütünsüz Günə həsr olunmuş 2007-ci il 1 may tarixindən 31 may tarixədək keçirilən bu kampaniyanın məqsədi sağlam həyat tərzinin təbliği, həyat üçün təhlükəli vərdişlərə alışma səbəblərinin və onlardan azad olma yollarının araşdırılmasına həsr edilmişdir. Davamı
IREX-in dəstəyi ilə keçirilən beynəlxalq internet-forumun iştirakçıları ilə Videokonfrans
IREX-in dəstəyi ilə keçirilən “Gənclərimizin siqaret çəkmədən necə çəkindirməli?” mövzusunda IREX-in Tacikistan ofisində toplaşan beynəlxalq internet-forumun iştirakçıları ilə Videokonfrans
Tələbələrin Birinci Yaradıcılıq Festivalında tütünə qarşı reklam plakatlarının paylanma aksiyası
31 may 2007 – ci il tarixində Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyi tərəfindən “Tələbə Baharı” adlı Tələbələrin Ilk Yaradıcılıq Festivalı təşkil olunmuşdur. Həmin festivalda “ELS” Mustəqil Araşdırmalar Mərkəzinin könüllüləri tərəfindən tütünə qarşı plakatların paylanması aksiyası keçirilmişdir. Davamı
Beynəlxalq tütünsüz gününə həsr olunmuş dəyirmi masa
2007-ci il may ayının 30-da «İrşad» otelinin konfrans-zalında Ümumdünya Səhiyyə Təşkilatının bəyan etdiyi Beynəlxalq Tütünsüz Günə həsr olunmuş Dəyirmi Masa keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, ÜST, UNICEF, IREX-IATP, ictimayi birliklərin nümayəndələri, eləcədə məktəb müəllimləri və psixoloqları, mətbuat və televiziya nümayəndələri iştirak edirdi. Cəmi iştirakçıların sayı 43 nəfər olub. Keçirilmiş aylıq kampaniyaya yekun vurularaq sağlam həyat tərzinin təbliği və siqaret çəkməklə mübarizə istiqamətində gələcəkdə atılan addımlar müzakirə edildi. Tədbir mətbuat və televiziyada geniş işıqlandırılmışdı. Davamı