ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çərşənbə günü Vaşinqtonda Karneqi Mərkəzində “Dağlıq Qarabağ: həll yolları” adlı məruzə ilə çıxış edib. O, “Twitter” səhifəsində əvvəllər qeyd edib ki, məruzənin müddəaları onun şəxsi nöqteyi-nəzərini yox, ABŞ-ın siyasi xəttini əks etdirir. Uorlik çıxışında bildirib ki, tərəflər o nöqtəyə gəliblər ki, indi onların mövqeyi gələcək fəaliyyət barəsində bir-birindən uzaq deyil. Davamı
Bölmə: Qarabağ
Elxan Süleymanov: “Sərsənglə bağlı problem ermənilərin bizə qarşı 1905-ci ildən bəri yürütdükləri soyqırım siyasətinin tərkib hissəsi kimi qəbul edilməlidir”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) öz fəaliyyətini Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli maraqlarının təmin edilməsinə həsr etmiş, bu istiqamətdə bir çox layihələr həyata keçirmişdir. Bu kontekstdə AVCİYA-nın fəaliyyətində prioritet istiqamətlərdən biri ermənilərin Azərbaycan xalqına qarşı sistemli və davamlı şəkildə həyata keçirdiyi soyqırım cinayətləri, Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü, işğal altında olan ərazilərdə xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olmuşdur. Davamı
ABŞ Konqresinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verib
ABŞ Konqresinin üzvü Edi Bernis Conson (Eddie Bernice Johnson) aprelin 3-də Xocalı faciəsi ilə bağlı bəyanat verib. Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Konqres üzvü Conson Ermənistanın hələ də Xocalını işğal altında saxladığını və ümumiyyətlə, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu bəyan edib. Davamı
ABŞ-ın İndiana ştatı Xocalı qətliamını tanıyıb
Martın 3-də ABŞ-ın İndiana ştatının Senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş Qətnamə qəbul olunub. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, sənəddə 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini işğal etməsi və burada 600-dən artıq günahsız insanın, o cümlədən çoxsaylı qadın və uşaqların qətlə yetirilməsi qeyd olunur. Davamı
Elxan Süleymanov AŞPA-nın Monitorinq Komitəsinin iclasında Naxçıvanın blokadası və Sərsəng su anbarı məsələlərini qaldırıb
Fevralın 27-28-də Maltada AŞPA Monitorinq Komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Naxçıvanın blokadası və Sərsəng su anbarının humanitar faciəsi, bununla əlaqədar regiondakı iqtisadi, ekoloji, bioloji fəsadlarla bağlı çıxış edib. Davamı