Böyük Britaniya hökuməti elektriklə qidalanan avtomobil alan hər bir Britaniya sakinini dəstəkləmək məqsədi ilə 5 min funt sterlinq (7,6 min dollar) məbləğində pul yardımı etmək qərarına gəlib. Bu proqramın reallaşdırılmasının 2011-ci ildən başlanması planlaşdırılır. Bütünlükdə Britaniya elektrik avtomobili sahiblərinə yardım məqsədilə 30 mln. funt sterlinq ayırmağı planlaşdırır.
Eyni zamanda 2011-ci ildə bu ölkədə ekoloji cəhətdən təmiz olan maşınların sahibləri üçün infrastrukturun formalaşdırılması gözlənilir. Belə ki, böyük avtodayanacaqlarda avtomobillərin yüksək gərginlikli şəbəkədən elektrik enerjisi ilə qidalandırilması üçün xüsusi doldurma stansiyaları quraşdırılacaq.