ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, səfir görüşdə Azərbaycanda demokratiyanın inkişafının yaxın tərəfdaş olaraq ABŞ üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. E. Dersi martın 18-də keçiriləcək referendumun hazırlanıb keçirilməsi ilə bağlı qurumun fəaliyyəti ilə maraqlanıb.

MSK sədri isə öz növbəsində referendumun keçirilməsi üçün təqvim planının hazırlandığını və hazırlıqların buna uyğun aparıldığını qeyd edib. O referendumla bağlı genişmiqyaslı maarifləndirmə proqramının həyata keçirildiyini, Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı layihəsinin dərc edilərək seçicilərə çatdırıldığını deyib.
Mənbə: www.apa.az