“Yeni Azərbaycan” referendum üzrə Təşviqat Qrupunun təmsilçiləri Qazax rayonunda görüşlər keçirib

Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində “Yeni Azərbaycan” referendum üzrə Təşviqat Qrupunun təmsilçiləri Qazax rayonunda görüşlər keçirib. Təşviqat Qrupundan verilən məlumata görə, görüşlər Qazax şəhərində, rayonun Kosalar və Çaylı kəndlərində baş tutub. Tədbirlərdə Yeni Azərbaycan Partiyasının Qazax şəhər təşkilatının sədri Həmid Pənahov, “Yeni Azərbaycan” referendum üzrə Təşviqat Qrupunun vəkili, millət vəkili Nizami Cəfərov, “Vətəndaş cəmiyyəti” referendum üzrə Təşviqat Qrupunun vəkili, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Vətəndaş cəmiyyəti” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Gənc Yazarlar Birliyinin sədri Əkbər Yolçuyev çıxış ediblər. Çıxışlarda Konstitusiyaya əlavə və dəyişikliklərin dövlətin bu sahədə üzərinə düşən vəzifələri daha da konkretləşdirmək məqsədi daşıdığı bildirilib.

Mənbə: www.apa.az

27.02.2009