Tag Archives: Gələn il üçün qeyri-iş günləri açıqlandı

Gələn il üçün qeyri-iş günləri açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2019-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ‘”2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-ci il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən 2019-cu ildə 1, 2 yanvar – Yeni il bayramı, 20 Yanvar – Ümumxalq hüzn günü, 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 5,6 iyun – Ramazan bayramı, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 12,13 avqust – Qurban bayramı, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilmir. Davamı

27.12.2018