“Təhlükəsiz yol hərəkəti uğrunda!”

bus8Son zamanlar Bakı şəhərində nəqliyyat sahəsində baş verən dəyişikliklər, xüsusən də, kiçik tutumlu avtobusların iri tutumlu yeni avtobuslarla əvəz edilməsi sərnişin daşınmasında təhlükəsizlik və rahatlıq, yollarda isə nəqliyyatın hərəkətinin nizama salınması, tıxacların aradan qaldırılması məsələlərinə böyük dəstək olmuşdur. İri tutumlu avtobusların rahatlığı ilə bərabər onların üzərində qaçan sətirlə marşrutun nömrəsi, əsas dayanacaqların adlarının göstərilməsi sərnişinlər üçün lazımi məlumatın asan əldə etməsinin təmin olunmasını qeyd etmək istərdik. Bundan başqa, bu avtobusların böyük pəncərələri həm salonu işıqlı edir, həm sərnişinlər üçün kifayət qədər görünüş sahəsini yaradır, həm də qəza zamanı sərnişinlərin təcili evakuasiyasına imkan verir. Lakin küçələrimizdə son günlərdə müşahidə etdiyimiz mənzərə fikrimizcə sərnişin daşınması və yol hərəkətinin təhlükəsizliyi üçün müəyyən problemlər yarada bilər.Son zamanlar Bakı şəhərində nəqliyyat sahəsində baş verən dəyişikliklər, xüsusən də, kiçik tutumlu avtobusların iri tutumlu yeni avtobuslarla əvəz edilməsi sərnişin daşınmasında təhlükəsizlik və rahatlıq, yollarda isə nəqliyyatın hərəkətinin nizama salınması, tıxacların aradan qaldırılması məsələlərinə böyük dəstək olmuşdur. İri tutumlu avtobusların rahatlığı ilə bərabər onların üzərində qaçan sətirlə marşrutun nömrəsi, əsas dayanacaqların adlarının göstərilməsi sərnişinlər üçün lazımi məlumatın asan əldə etməsinin təmin olunmasını qeyd etmək istərdik. Bundan başqa, bu avtobusların böyük pəncərələri həm salonu işıqlı edir, həm sərnişinlər üçün kifayət qədər görünüş sahəsini yaradır, həm də qəza zamanı sərnişinlərin təcili evakuasiyasına imkan verir. Lakin küçələrimizdə son günlərdə müşahidə etdiyimiz mənzərə fikrimizcə sərnişin daşınması və yol hərəkətinin təhlükəsizliyi üçün müəyyən problemlər yarada bilər.

Söhbət ictimai nəqliyyat vasitələrində (avtobuslar, metro vaqonları) müxtəlif məhsulların reklamlarının yerləşdirilməsindən gedir. Metroda belə reklamlar problemlər yaratmadığı halda avtobuslarda yerləşdirilən reklamlar narahatlıq və suallar doğurur. Belə ki, getdikcə reklamlar avtobusların daha çox sahəsində yerləşdirilir. Nəticədə sərnişinlərin rahat hərəkəti üçün tələb olunan məlumatın yerləşdirilməsinə imkan vermir.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin könüllüləri 2009-cu ilin iyun ayında Bakı şəhərinin ictimai nəqliyyatının monitorinqini keçirmişlər. Monitorinq bəzi hallarda reklamların yerləşdirilməsində müəyyən nöqsanları aşkarlayıb:

1. İlk növbədə reklamların avtobusların arxa hissəsini tam örtərək ya marşrut nömrəsinin yazılmasına imkan vermir və yaxud yazılmış nömrə şəkillər arasından seçilmir.

2. Reklam avtobusun pəncərələrinə yapışdırılaraq sərnişinlər üçün görünüş sahəsini məhdudlaşdırır. Avtobus marşrutlarımızda dayanacaqların elan olunmadığını nəzərə alsaq sərnişinlərin olduqları yerin səmtini müəyyən etmək məsələsi pəncərədən küçəni seyr etmək imkanından asılı olduğunu yəqinliklə deyə bilərik. Belə halda şüşənin reklamla örtülməsi vəziyyəti bir qədər də çətinləşdirir

« 1 of 3 »

3. Yol qəzası baş verdiyi halda üzərinə yapışdırılmış vinil plyonka şüşəni sındırmaq və qısa vaxt ərzində yerindən çıxararaq sərnişinlərin təcili avtobusu tərk etməsi imkanlarını kəskin surətdə azaldır.

4. Avtobuslara vurulan reklamların çoxrəngli və parlaq olması digər sürücülərin və piyadaların (ələlxüsus, yolu keçən piyadaların) diqqətinin yayınmasına şərait yaradır ki, bu da nəticədə yol qəzalarının artmasına səbəb ola bilər.

Bununla yanaşı qeyd olunub ki, yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkəti, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunla (№ 517-IQ) tənzimlənir. Bu Qanuna görə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri sırasında ilk növbədə yol hərəkətində iştirak edən insanların həyatının və sağlamlığının təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən üstünlüyü (maddə 7 bənd 1) göstərilmişdir.

Bundan başqa “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu (№ 376-IQ, 643-IQD saylı əlavələrlə) küçə (divar) reklamının xüsusiyyətləri göstərilərkən “…Küçə reklamı yol hərəkət nişanları ilə oxşar olmamalı, yollarda görmə zonalarını və təhlükəsizliyi azaltmamalıdır” qeyd edilib (Maddə 15, bənd 1).

Beləliklə, fikrimizcə hazırda avtobuslarda yerləşdirilən reklamlar mövcud qanunvericiliyə uyğun təşkil edilməmiş, yollarda nəqliyyatın və piyadaların təhlükəsiz və rahat hərəkətini məhdudlaşdırır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq “ELS” Müstəqil Araşdırmalar Mərkəzi nəqliyyatda reklamın yerləşdirilməsi ilə bağlı mövcud problemlərin araşdırılmasını və aradan qaldırılması məqsədilə monitorinqin nəticələrini Azərbaycan Respublikasının Nəqliyyat Naziri cənab Ziya Məmmədov, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi cənab Ramil Usubov və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri cənab Ramiz Həsənova ünvanlanmışdır. Məktublarda monitorinq zamanı aşkar edilmiş faktlar və onları təsdiqləyən fotoşəkillər təqdim edilmişdir.

4.07.2009